1 Aprel 2025 / 21:28

Tramp Putin və Zelenskinin davranışından məyus olub

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna rəhbəri Vladimir Zelenskinin davranışından məyus olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalında bildirib.

Onun sözlərinə görə, Amerika lideri münaqişəyə son qoymağa çalışır. Levitt münaqişənin hər iki tərəfinin “çox uzun müddətdir” ağır itkilər verdiyinə diqqət çəkib.

“Komandamız Ukrayna ilə yanaşı Rusiya ilə də əlaqə saxlamağa davam edir və prezident hər gün bu mövzuda çox fəal olmağa davam edir”, – Levitt deyib.

Amerika mətbuatı Trampın Zelenski və Ukrayna haqqında söylədiyi sözlərə görə Rusiya prezidenti Vladimir Putinə “qəzəbləndiyini” aktiv şəkildə müzakirə edir. ABŞ lideri Ukrayna sülh sazişi tezliklə imzalanmasa, Rusiya Federasiyasının bütün neftlərinə ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!