Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Putindən bərk inciyən ABŞ Prezidenti Donald Tramp bu dəfə maraqlı çıxışı ilə diqqəti çəkib. O, Rusiya-Ukrayna müharibəsini bir neçə ay ərzində bitirə biləcəyini söyləyib. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə “CBS News”a müsahibəsində bildirib. Sitat: “Düşünürəm ki, bəli, bacaracağıq”, – Tramp aparıcının bir neçə ay ərzində bunu edə biləcəyi ilə bağlı sualına cavabında deyib.
O, qeyd edib ki, müharibə edən tərəflərə qarşı taktika kimi daha yüksək tariflər təhdidindən istifadə edərək bir sıra beynəlxalq münaqişələri həll edə bilib. “Bununla bağlı halların 60 %-də dedim ki, əgər döyüşməyi dayandırmasanız, hər ikinizin ölkənizə tariflər tətbiq edəcəyəm və siz ABŞ ilə iş görə bilməyəcəksiniz'”, – Tramp izah edib.
Diqqəti çəkən həm də odur ki, Tramp bəyan edib ki, bu variant Vladimir Putin üçün də işləyir. Təbii ki, Rusiyanın iqtisadi durumunun indiki məqamda müflis halına gəlməsində sanksiya və tariflərin böyük rolu var. Tramp da bunu nəzərə alaraq öz fikrində qərarlıdır. Amma hər şey zamana möhtacdır.
A.Məmmədli