Əsas məzmuna keç

Tramp Ukrayna münaqişəsi ilə bağlı yenə də ümidverici danışıb

“Hazırda böyük irəliləyişlər əldə edirik”.

Tezadlar.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllində irəliləyiş gördüyünü bildirib.

“Dayandırmalı olduğumuz bir müharibə var. Və hazırda böyük irəliləyişlər əldə edirik”, – deyə Tramp Ağ Evdə Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələr apararkən bildirib.

O, Ukrayna böhranı ilə bağlı razılaşmanın mümkün olub-olmadığına tezliklə aydınlıq gətiriləcəyinə inanır.

“Baxacağıq, razılaşma barədə razılığa gələ biləcəyikmi. Düşünürəm ki, bu, tezliklə aydın olacaq”, – deyə Amerika lideri bildirib.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…