ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllinə ehtiyatsız yanaşmasına görə tənqid olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə “Foreign Affairs” (FA) məlumat yayıb.
Amerikalı müşahidəçilər Ağ Ev rəhbərinin ehtiyatsız hərəkət etdiyini, əsasən improvizasiya etdiyini qeyd ediblər. Onlar Trampın nəticələrə səbirsiz yanaşdığını düşünürlər. Məqalənin müəllifi Amerika liderini uyğunsuzluqda günahlandırıb.
O, “Onun sülhməramlılığa yanaşması inanılmaz dərəcədə improvizasiya, regional təcrübəyə etinasızlıq və nəticədə səthilik və xəyal uçuşlarından əziyyət çəkir”, – deyə vurğulayıb.
Daha əvvəl Tramp Vaşinqtonun Ukraynadakı münaqişəni həll etməyə çalışmaqdakı məqsədini açıqlayıb. Onun sözlərinə görə, Amerika tərəfi ilk növbədə insan itkisinin qarşısını almaq istəyir.
E.ŞİRİNOV







