Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünya gündəminə yeni bir sensasion xəbər gəldi: “The Telegraph” qəzeti ABŞ prezidenti Donald Trampın Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini, o cümlədən Krımı tanımağa hazır olduğunu yazır. Tezadlar.az nəşrə istinadla xəbər verir ki, iddiaya görə, Tramp bu təklifi Vladimir Putinlə müzakirə etmək üçün xüsusi nümayəndəsi Stiv Uitkof və müşaviri Jared Kuşneri Moskvaya göndərir. Qeyd olunur ki, Avropalıların narahatlığına baxmayaraq, Tramp plan üzərində işləməyə davam edəcək: “Getdikcə daha aydın olur ki, Amerika Avropanın mövqeyini nəzərə almır. Onlar deyirlər ki, Avropalılar özləri nə istəsələr edə bilərlər», – deyə mənbə qəzete bildirib. The Telegraph qeyd edir ki, ABŞ planına baxmayaraq, Ukrayna Rusiyanın 2014-cü ildən işğal etdiyi ərazilərdə onun hakimiyyətini rəsmi şəkildə tanımağa məcbur olmayacaq. Xatırladaq ki, dünən Rusiyanın prezidenti Vladimir Putinə mətbuat konfransında «sülh planı»nın bir bəndi ilə bağlı sual verilib. Bu bənd Krımı və Donbası faktiki olaraq Rusiyanın ərazisi kimi tanımağı nəzərdə tutur. Jurnalist Putindən soruşub ki, tanıma necə ola bilər – fakti (de facto) yoxsa hüquqi (de jure). Putin cavabında bildirib: “Elə məhz bu, ABŞ tərəfi ilə aparacağımız danışıqların mövzusudur. Diqqətiniz üçün təşəkkür edirəm. Siz haqlısınız, bu, əsas məqamlardan biridir”, – deyə Putin qeyd edib.