Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, Trampın rüsum tətbiqi komandasında da narazılıqlara səbəb olub. Belə ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask Prezident Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, o, bunu İtaliyada keçirilən “Liqa Konqresi”ndə videobağlantı vasitəsilə çıxışı zamanı deyib. Sitat: “Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-nin azad ticarət zonası yaradaraq, sıfır tarif vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”.
Xatırlatma: ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. O, idxal mallarına minimum 10 % rüsum təyin edəcəyini bildirib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi rüsumlar müəyyən edib. Bundan başqa, Vaşinqton aprelin 3-dən ölkəyə gətirilən bütün avtomobillərə 25 % rüsum tətbiq edib. Tədbirlər Çin (34 %), Aİ (20 %), Vyetnam (46 %), Hindistan (26 %), İndoneziya (32 %), Kamboca (49 %), Malayziya (24 %), Koreya Respublikası (25 %), Tailand (36 %), Tayvan (32 %), İsveçrə (31 %), Yaponiya (24 %) və bir sıra digər ölkələrə təsir edib.
Beləliklə, Tramp bəlkə də ömründı ilk dəfədir bu səviyyədə sərt qınağa tuş gəlmişdir.
A.Məmmədli