ABŞ Prezidenti Donald Tramp İranda başladıqları işi bitirməli olduqlarını bildirib və əlavə edib ki, bunu yalnız “yumşaq və ya qəddarcasına” etməyi düşünürlər.
Tezadlar.az xəbər verir ki, Tramp Baltimorda hərbi texnologiya şirkəti Anduril tərəfindən nüvə enerjisi ilə işləyən sualtı qayıqlar üçün komponentlər istehsal edəcək gəmiqayırma zavoduna 3,7 milyard dollarlıq investisiya qoyuluşu mərasimində iştirak edib.
Çıxışında Tramp ABŞ müdafiə sektoruna investisiyaların artdığını və nüvə sualtı qayıqlarının bu sahədə əhəmiyyətli yer tutduğunu izah edərək, bu investisiyaların Amerika ordusunu daha da gücləndirəcəyini bildirib.
Tramp Baltimorda Anduril investisiyasını tərifləyərək, ABŞ Hərbi Dəniz Qüvvələrinin gələcəyinin bu qədər böyük, texnologiyaya əsaslanan investisiyalarda olduğunu və güclü nüvə sualtı donanması qurduqlarını bildirib.
İranla müharibə ilə bağlı qiymətləndirmələr aparan Tramp deyib: “Bu işi bitirməliyik və sual budur ki, bunu necə etmək istəyirik? Yumşaq və ya bu qədər yumşaq? Bunu çox tezliklə öyrənəcəksiniz.”
ABŞ prezidenti, İranın hərbi imkanlarını demək olar ki, məhv etdiklərini iddia edərək, İranın keçmiş dini lideri Ayətullah Əli Xamenei haqqında “Xameneini xatırlayırsınız? Hamısı ölüb” deyib.
Tramp ABŞ-ın İrana hücumundan sonra bölgədəki bir çox liderin ona təşəkkür etdiyini bildirib və əlavə edib: “Mən onlara dedim ki, “Bunun pulunu nə vaxt ödəyəcəksiniz?””
O, Hörmüz boğazını ABŞ-a məxsus olduğunu müdafiə edib
Tramp Hörmüz boğazından hər gün tonlarla neft daşınmağa davam etdiyini və boğazın tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti altında olduğunu bildirib.
“Başqa sözlə, Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsusdur”, – deyə Tramp şərh verərək, ABŞ-ın bölgədən neftə ehtiyacı olmadığını əlavə edib.
ELBAR







