Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Trampla Zelenski arasında yenidən qalmaqal yaşanması real görünür. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin ABŞ və Ukrayna arasında resurs sazişindən imtina etmək niyyətində olduğunu bildirib. Sitat: “ABŞ Prezidenti Donald Tramp deyib ki, Zelenski minerallarla bağlı müqaviləni ləğv etmək istəyir”.
Bəs Rusiya ilə barış sazişinin müəllifi olan Tramp bundan sonra hansı addımı atacaq, bu sual olaraq qalır. Avropa ölkələri isə Ukraynaya hərbi yardımı davam etdirməklə Zelenskiyə siyasi dıstəyini nümayiş etdirməkdədir.
Cəbhə xəttində isə döyüşlər davam edir. Faktdır ki, Rusiya bu müharibədə indiyədək barəsində formalaşmış “Güclü hegemon dövlət və hərbi güc” mifini əridib yox etməkdədir…
A.Məmmədli