18 İyul 2023 / 07:19

TÜRKİYƏ UKRAYNADAN TAXIL MÜQAVİLƏSİNİ RUSİYASIZ DAVAM ETDİRMƏK ÜÇÜN MÜRACİƏT ALIB

Türkiyə Ukraynadan Rusiyanın iştirakı olmadan taxıl sazişinin davam etdirilməsi ilə bağlı müraciət alıb və məsələni BMT ilə razılaşdırır.

Tezadlar.az-ın məlumatına görə, bu barədə Qara dəniz taxıl təşəbbüsü ətrafında vəziyyətlə tanış olan mənbə xəbər verib.

“Bəli, belə bir müraciət (Kiyevdən) daxil olub, bununla bağlı BMT-dən də bizə müraciət ediblər. Onlarla koordinasiya var, lakin hazırda heç bir qərar verilməyib”, – mənbə deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!