28 Avqust 2024 / 04:58

TÜRKİYƏ XİN BAŞÇISI AZƏRBAYCANLA OLAN QARDAŞLIĞIN SƏRHƏD TANIMADIĞINI DEYİB

“Türkiyə və Azərbaycan bundan sonra da yaxşı və pis günlərdə bir yerdə olacaq…”

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir  ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransı zamanı bildirib. Sitat: “Türkiyə və Azərbaycan hər zaman “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edib. Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olacaqlar”, – nazir deyib.

H.Fidan qarşıdakı dövrdə də iki ölkənin dostluğu və qardaşlığı naminə yaxından işləməyə davam edəcəklərinə inandığını söyləyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!