Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5,200 milyard ABŞ dolları təşkil edib.
Tezadlar.az bu barədə Dövlət Gömrük Komitəsinın məlumatına istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 424,3 milyon ABŞ dolları və ya 7,5% azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,66%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 3,076 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 440 milyon ABŞ dolları və ya 12,5% azdır. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında 2-cü pillədə qərarlaşıb.
Dövr ərzində Türkiyəyə ixrac edilən məhsulların 69 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu dəyərdə sözügedən məhsulun ixracının həcmi isə 142,4 min ton təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının dəyəri 132,6 milyon ABŞ dolları və ya 2,9 dəfə, həcmi isə 227,2 min ton və yaxud 2,6 dəfə azalıb.
Bundan başqa, bu ilin ilk 11 ayında Türkiyəyə ixrac olunan məhsulların 546,1 milyon manatını qeyri-neft məhsulları təşkil edib ki, bu da illik müqayisədə 39 milyon dollar və ya 7,7% çoxdur.
Dövr ərzində Türkiyəyə qeyri-neft məhsulları ixracı ümumi ixraca nisbətən 16,46% paya malik olub. Bu göstərici ilə Türkiyə Azərbaycanın ən böyük qeyri-neft məhsulları alıcıları sırasında 2-ci pillədə qərarlaşıb.
Hesabat dövründə Türkiyədən Azərbaycana isə 2,125 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.