2 Noyabr 2025 / 18:54

Türkiyə də Rusiya neftindən imtina etməyə başladı- SON DƏQİQƏ

ABŞ sanksiyaları fonunda Türkiyə Rusiya neftindən imtina etməyə qərar verib. Tezadlar.az Reuters-ə istinadla bildirir ki,  hesablamalara görə, bu, göndərilənlərin həcmindən asılı olaraq gündə 77.000-129.000 barel Rusiya nefti deməkdir. Hansı ki, Türkiyənin STAR neft emalı zavodunda Rusiya neftinin daha az payı deməkdir. Xatırladaq ki, sentyabr və oktyabr aylarında STAR-ın emal həcminin demək olar ki, hamısı Rusiya neftinin payına düşüb – gündə təxminən 210.000 barel.
İki mənbəyə görə, dörd göndərişdən biri Qazaxıstanın KEBCO şirkətindən olub: keyfiyyətinə görə Rusiyanın Ural nefti ilə müqayisə edilə bilər, lakin mənşəyi Qazaxıstandır. Digər böyük Türkiyə neft emalı şirkəti olan Tupras, İraq xam nefti kimi Ural neftinə bənzər Rusiyadan kənar markaların alışını artırır. Son sanksiyalardan sonra Türkiyə neft emalı zavodlarının Rusiyadan kənar xam neft alışını artırmaq üçün atdığı addımlar əvvəllər bildirilməyib.

Beləliklə, sanksiyaların çevrəsi Rusiya üçün getdikcə daralmaqdadır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!