Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskvada ticarət mərkəzinin tualetində 18 yaşlı əlil qıza təcavüz edən üç kişi saxlanılıb.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Moskva idarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova yerli mətbuata məlumat verib.
Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 2-ci hissəsi (“Seksual xarakterli digər zorakılıq hərəkətləri”) ilə cinayət işi açılıb. Onlara qarşı ittiham irəli sürülüb. Yaxın vaxtlarda istintaq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcək.
İstintaqın məlumatına görə, hadisə aprelin 26-da Zeleni prospektində yerləşən ticarət mərkəzində baş verib. Sonra müttəhimlər növbə ilə 18 yaşlı qızı təhqir ediblər.
E.ŞİRİNOV