Valentina Mıtko intensiv nəzarət altında psixiatrik xəstəxanada saxlanılacaq
Üç uşağını qətlə yetirməkdə ittiham olunan Kansk (Krasnoyarsk diyarı) sakini Valentina Mıtko məcburi müalicəyə göndərilib.
Tezadlar.az xəbər verir ki, Regional prokurorluqdan TASS-a bildiriblər.
“Dövlət prokuroru cinayətin müstəsna təhlükəsini qiymətləndirərək məcburi müalicədə israr edib. Ona intensiv nəzarət altında ixtisaslaşmış psixiatrik xəstəxanada məcburi müalicə təyin edilib”, – agentliyin mənbəyi bildirib.
E.ŞİRİNOV







