Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında müvafiq araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyi də Ucar rayonunda azyaşlının ana olması faktı ilə bağlı araşdırmalar aparır.
Bu barədə Tezadlar.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb və hazırda istintaq tədbirləri davam etdirilir.
Məlumata əsasən, aprelin 14-ü saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə qız doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Müayinələr zamanı ona 31-32 həftəlik hamiləlik diaqnozu qoyulub.
Bildirilib ki, pasiyent həmin gün saat 20:20 radələrində cinsi kişi olan, çəkisi 1900 qram, boyu 44 santimetr olan körpə dünyaya gətirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.