1 Dekabr 2025 / 11:51

Uitkoff və Kuşner danışıqları davam etdirmək üçün Moskvaya getmək istəyirlər – “WSJ”

ABŞ Prezidentinin səfiri Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner tezliklə Rusiya diplomatları ilə danışıqları davam etdirmək üçün Rusiya paytaxtına səfər etmək niyyətindədirlər.

Tezadlar.az bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.

“Yüksək vəzifəli administrasiya rəsmisi bildirib ki, Uitkoff və Kuşner Rusiya ilə danışıqları davam etdirmək üçün daha sonra Moskvaya səfər etməyi planlaşdırırlar”, – deyə məlumatda bildirilir.

Bir gün əvvəl Uitkoff və Kuşner ABŞ Dövlət katibi Marko Rubio ilə birlikdə Floridada Ukrayna nümayəndə heyəti ilə görüşüblər. Danışıqlar konstruktiv keçib, lakin heç bir əhəmiyyətli nəticə verməyib.

Bu gün Kiyevin nümayəndələri ilə görüşdən sonra Rubio bəyan edib ki, Ukrayna münaqişəsinin Rusiyanın iştirakı olmadan həlli mümkün deyil. Buna görə də Uitkoff və Kuşner tezliklə Moskvaya gedəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!