Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2025 / 08:35

Ukrayna məhkəməsi Dağıstan liderini 8 il müddətinə azadlıqdan məhrum edib – qiyabi

Ukrayna məhkəməsi Dağıstan Respublikasının rəhbəri Sergey Melikovu Xüsusi hərbi əməliyyat (XHƏ) üzvlərinə yardım etdiyinə görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın Çernovtsı vilayəti üzrə Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

Vilayət administrasiyasının Facebook səhifəsində dərc edilən məlumatlara görə, Çernovtsı rayon məhkəməsi Melikovu Ukraynanın sərhədlərinin dəyişdirilməsi məqsədilə törədilən hərəkətlərin maliyyələşdirilməsi maddəsi ilə təqsirli bilib. Məhkəmə onu qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

Eyni zamanda, USQ Direktorluğu qeyd edir ki, bölgə rəhbəri Rusiya Silahlı Qüvvələrinə hərtərəfli dəstək verir və həm də həmvətənlərini kömək etməyə çağırır.

Martın 23-də respublika başçısının mətbuat xidməti Dağıstandan XHƏ iştirakçılarına humanitar yardımın həcminin 25 min tonu ötdüyünü bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!