20 Dekabr 2025 / 08:13

Ukrayna danışıqları üçün Tramp Floridaya gedəcək

ABŞ Prezidenti Donald Tramp Floridaya səfər etməyi planlaşdırdığını bildirib. Tezadlar.az xatırladır ki, Amerika lideri bu barədə Ağ Evin çəmənliyində, Şimali Karolinaya uçuşdan əvvəl açıqlama verib.

Tramp orada iqtisadiyyat barədə çıxış etmək niyyətindədir. Bu, Mayamidə Ukrayna ilə bağlı yeni danışıqlar raundu ərəfəsində baş tutacaq.

“Biz qısa müddətə Floridaya gedirik, əsasən, işlə bağlı. Çoxlu görüşlərimiz planlaşdırılıb”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı sığorta şirkətləri ilə məsələlərin müzakirəsi də nəzərdə tutulur.

“Biz sığorta şirkətləri ilə danışmaq və onların tariflərini əhəmiyyətli dərəcədə azalda bilib-bilməyəcəyimizi görmək istəyirik. Əgər bunu edə bilməsək, sadəcə insanlara birbaşa ödəyəcəyik. Onlar özləri özlərinə tibbi sığorta alacaqlar”, – deyə ABŞ Prezidenti əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!