Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecı Rusiya paytaxtına intensiv olaraq PUA hücumu olub. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. Sitat: “Dərhal həyacan siqnalı verilib və Moskvaya uçan PUA vurulub. Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçuş aparatının hücumunu dəf edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyirlər”. Sobyanin şəhərə ardıcıl dron hücumunun davam etdiyini söyləyib. Rusiyanın “Telegram” kanalları Vnukovo, Domodedovo və Jukovski Hava Limanlarında PUA hücumu ilə əlaqədar “xalça planı”nın tətbiq edildiyi barədə məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyi isə Moskva vilayəyində və paytaxtda ciddi dağıntılar edildiyini bildirib. Hətta paytaxt aeroportlarından dron hücumuna görə uçuşdan qalan sərnişinlərin başqa ərazilərə qaçıb getdiyini əks etdirən videolar sosial şəbəkələrdə yayılmaqdadır.
A.Məmmədli