Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskvanın məşhur biznes mərkəzi “Moskva-Siti”nin binalarından birinə dron hucum edib…
Tezadlar TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat yerli teleqram kanallarında yayılıb. Bildirilir ki, paytaxt Moskvanın mərkəzi ilə yanaşı Moskva vilayətinin bir sıra rayonları da dron hücumuna məruz qalıb. Partlayış səslərinin eşidildiyi qeyd edilir. Eyni zamanda, 112 adlı teleqram kanalının məlumatına görə, iş mərkəzinə dron zərbəsi nəticəsində 1 nəfər yaralanıb. Yaralanan binanın mühafizəçisidir. Ölkənin rəsmi kanallarının da yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri dron hücumunu dəf ediblər.
Moskva sakinləri artıq təşviş içərisindədir. Paytaxtın Kreml ətrafı ərazilərində hərbi hava qüvvələrinin əsgərləri görünür, bu ərazilərdə yaşayanlar paytaxtdan kənarlara köçürlər. Sosial şəbəkələrdə belə yazırlar…
Rusiyanın Ukrayna ərazilərini işğal etməsi isə davam etməkdədir…
A.Məmmədli