Ukrayna ərazilərlə bağlı güzəştə getməyəcək! -QƏTİ QƏRAR

Gözlənildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi güzəştlərinə getməyəcəyini bəyan edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, o bu barədə onlayn formatda jurnalistlərə açıqlamasında qeyd edib. Sitat: “Biz qanunla, Ukrayna Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində ərazi güzəştlərinə getmək hüququmuz yoxdur. Bunun üçün mənəvi haqqımız da yoxdur. Biz həqiqətən heç nədən imtina etmək istəmirik. Məhz bunun üçün mübarizə aparırıq”.

 Prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp müharibənin bitməsini həqiqətən istəyir: “Onun öz baxışları var. Biz isə burada yaşayırıq və detalları daha dərindən dərk edirik, çünki bu bizim vətənimizdir. Danışıqlar qrupuna gəlincə, Cared Kuşnerin çox çalışdığını görürəm. Onlar müharibənin bitməsini istəyirlər və bu amerikalılar tərəfindən oyun deyil”.

Zelenski həmçinin bildirib ki, sülh planının bəndlərinin sayı əvvəlki 28-dən 20-yə endirilib: “Ukrayna maraqlarına uyğun olmayan bəndlər çıxarılıb. Amerikalılar kompromis tapmaq istəyirlər. Ərazilərlə bağlı çətin məsələlər hələ həllini tapmayıb”.

 

Xəbəri paylaş