5 Aprel 2025 / 15:35

Ukrayna Kursk istiqamətində bir gündə 210-dan çox hərbçi itirib

Ukrayna Silahlı Qüvvələri bir sutka ərzində Kursk istiqamətində 210-dan çox hərbçini, bir piyada döyüş maşını və 2 zirehli transportyorunu itirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 210-dan çox hərbi qulluqçusu, bir piyada döyüş maşını, 2 zirehli transportyoru, 5 zirehli döyüş maşını, 9 maşını, bir minaatanı, həmçinin 8 PUA-nın idarəetmə məntəqəsi məhv edilib”, – Rusiya Hərbi Departamenti bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri bunlardır: 72150-dən çox hərbi qulluqçu, 404 tank, 331 piyada döyüş maşını, 296 zirehli transportyor, 2252 zirehli döyüş maşını, 2618 reaktiv yaylım atəşi sistemi, o cümlədən 595 reaktiv yaylım atəşi sistemi, 13 HIMARS və 7 MLRS (ABŞ istehsalıdır).

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!