ABŞ rəsmilərinin nəticəsiz Moskva görüşündən sonra Ukrayna nümayəndə heyəti də Amerikada ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə görüşə hazırlaşır. Tezadlar.az “Ukrayna həqiqətləri”nə istinadla bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib. Sitat: “Amerika komandası Moskvadan qayıtdıqdan və Vaşinqtonda müvafiq məsləhətləşmələrdən sonra Rustem Umerov, Andrey Qnatov və danışıqlar üçün lazım olan hər kəs Prezident Trampın nümayəndələri ilə danışıqlarını davam etdirəcək. Hazırda hər şey kifayət qədər səmərəli şəkildə gedir – Cenevrə və Floridada keçirilən görüşlərdə Ukrayna dinlənildi. Bu, vacibdir. Ümid edirik ki, belə olacaq. Ləyaqətli sülh yalnız Ukraynanın maraqlarını nəzərə almaqla mümkündür”.
Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələrin demək olar hamısı Rusiyanın neft və qaz asılılığından can qurtarmaq qərarına gəliblər. Bu isə Rusiya iqtisadiyyatı üçün olduqca ağır zərbə deməkdir.
A.Məmmədli

