Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq neçə gündür Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edir.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə xalqa müraciətində bu barədə deyib. Sitat: “Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, – prezident deyib.
Zelenski deyib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib. “Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir”.
Xatırladırıq ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirib. Döyüşlər davam edir.
A.Məmmədli