17 Sentyabr 2024 / 10:04

UKRAYNA SİLAHLI QÜVVƏLƏRİNİN ONLARLA XARİCİ TƏLİMATÇISI SUDJİDƏ QEYDƏ ALINIB

Ukrayna Silahlı Qüvvələrinin onlarla əcnəbi təlimatçısının Sudji bölgəsində görünməsi qeydə alınıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov məlumat verib.

“Onlar (xarici təlimatçılar – RED.) cəbhə xəttində qeydə alınmır, biz onların Sudji bölgəsində görünüşünü qeydə alırıq. Orada bir neçə onlarla əcnəbi var”, – Alaudinov deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!