Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Aprel 2025 / 18:39

Ukrayna XİN Putinin “Qələbə atəşkəsi”ni bəyənmədi…

Xəbər verdiyimiz kimi, Putin Faşizm üzərində qələbə şərəfinə Ukrayna cəbhəsində atəşkəs elan edib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs qərarına münasibət bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Andriy Sibiqa qeyd edib ki, əgər Rusiya doğrudan da sülh istəyirsə, hərbi əməliyyatları dərhal dayandırmalıdır. O, Putinin elan etdiyi birtərəfli atəşkəs müddətinə şübhə ilə yanaşdığını vurğulayıb. Sitat: “Əgər Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşi dayandırmalıdır. Niyə mayın 8-nə qədər gözləyir? Əgər yanğın indi və hər hansı bir tarixdən sonra 30 gün ərzində dayandırıla bilərsə, deməli, bu realdır, təkcə parad üçün deyil. Ukrayna davamlı və tam atəşkəsi dəstəkləməyə hazırdır. Bizim daim təklif etdiyimiz budur, ən azı 30 gün”.

Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinə istinadla bildirir ki, bu dəqiqələrdə belə Rusiya ordusu Kursk ətrafında hərbi əməliyyatlara cəhd edir. Ukraynanın bəzi ərazilərinə raketlər atılıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!