Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ordusunun Ukraynanın Zaporojye bölgəsinin müxtəlif şəhərlərinə endirdiyi hava hücumlarında doqquz nəfərin öldüyü bildirilir.
Tezadlar.az xəbər verir ki, Zaporojye Regional Hərbi Administrasiyasının rəisi İvan Fedorov sosial media hesabında Rusiyanın bu gecə Zaporojyeyə hava hücumu həyata keçirdiyini bildirib.
Fedorov hücumun raketlər və idarə olunan bombalardan istifadə edildiyini və ilkin məlumatlara görə, 6 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirib.
Ukrayna Dövlət Təcili Yardım Xidmətlərinin (DSNS) açıqlamasında Dnepropetrovsk bölgəsinin müxtəlif şəhərlərinə endirilən hava hücumlarında 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
Kiyevdəki uşaq xəstəxanasının infrastrukturuna ziyan dəyib
DSNS-in digər açıqlamasında Rusiyanın bu gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raket hücumu etdiyi qeyd edilib.
Məlumatda hücumun şəhərin Şevçenski rayonundakı uşaq xəstəxanasının yerləşdiyi əraziyə edildiyi bildirilir və əlavə olunur: “Hadisə yerində iki krater əmələ gəlib. Binanın pəncərələri və qaz borusu zədələnib. Qaz xidməti işçiləri sızmanı təmir ediblər. Uşaqlar və həkimlər sığınacaqda olublar. Ölən və ya xəsarət alan olmayıb.”
Məlumatda həmçinin hücum nəticəsində şəhərdəki bir anbarın zədələndiyi və bir nəfərin yaralandığı barədə məlumat paylaşılıb.
ELBAR