6 Aprel 2025 / 07:55

Ukraynada matəm elan edildi

Ukraynanın hər yerində Krivoy Roqda raket zərbəsi qurbanları üçün matəm elan edilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba teleqramda yazıb. Ölkənin bütün şəhərlərində bayraqlar endiriləcək, bir dəqiqəlik sükut elan olunacaq.

Qeyd edək ki, ballistik raket və “Şahed” pilotsuz təyyarələrinin Krivoy Roq ərazisinə hücumu nəticəsində 9-u uşaq olmaqla 19 nəfər həlak olub, 74 nəfər yaralanıb.

Ukrayna Müdafiə Nazirliyi isə Rusiyanın mülki obyektə bu hücumuna sərt cavab veriləcəyini bildirib. Sosial mediada isı Moskvanın hədəfdə olduğu bildirilir. Yayılan xəbərlərə görə, Moskva vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!