Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya qoşunları “Naftoqaz” qrupuna daxil olan “Ukrnafta” SC-nin obyektlərini kütləvi hücuma məruz qoyaraq, Ukraynanın şərqində eyni vaxtda 7 neft və qaz hasilatı obyektinə zərbələr endirib.
Tezadlar.az xəbər verir ki, Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Naftoqaz” qrupu məlumat yayıb.
Şirkətin məlumatına görə, hücum nəticəsində kritik əhəmiyyətli avadanlıq məhv edilib, bu da bir sıra istehsalat obyektlərinin dayanmasına və hasilat həcmlərinin əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olub.
“Naftoqaz”ın İdarə Heyəti sədrinin əvəzedicisi Sergey Fedorenko qeyd edib ki, bu, son vaxtlar “Ukrnafta” obyektlərinə edilən ən böyük hücumlardan olub.
“Xoşbəxtlikdən, xəsarət alan yoxdur”, – o vurğulayıb.
Bundan əlavə, ötən sutka ərzində Rusiya qoşunları Zaporojye və Dnepropetrovsk vilayətlərində “Ukrnafta”nın dörd yanacaqdoldurma kompleksinə hücum edib. Şirkətin məlumatına görə, əməkdaşlar və ziyarətçilər yaralanmayıblar.
“Naftoqaz” xatırladıb ki, bu ilin əvvəlindən bəri Rusiya zərbələri nəticəsində artıq “Ukrnafta”nın 32 yanacaqdoldurma kompleksi və “Ukrqazvıdobuvannya” SC-nin beş istehsalat obyekti dağıdılıb.