27 Noyabr 2025 / 10:24

Umerov dindirilməyə çağırıldığı bildirilir

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov korrupsiya qalmaqalı ilə bağlı araşdırma ilə əlaqədar Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) tərəfindən dindirilməyə çağırılıb.

Tezadlar.az xəbər verir ki, bu məlumatı sosial mediada “Zerkalo Nedeli” nəşrinin jurnalisti İnna Vedernikova paylaşıb.

“İstintaqın vəzifəli şəxslə bağlı niyyətlərinin ciddiliyi 25 noyabrda Umerov büroya gəlmək üçün rəsmi çağırış alması ilə təsdiqlənir”, – o, öz paylaşımında bildirib.

Vedernikovanın sözlərinə görə, istintaq artıq həm Umerova, həm də prezident aparatının rəhbəri Andrey Yermaka qarşı ittiham irəli sürmək üçün materiallar toplayıb.

Jurnalist xüsusilə vurğulayıb ki, prezident Zelenski müvafiq məlumatları aldıqdan sonra hər iki təqsirləndirilən şəxsi ABŞ ilə danışıqlar üçün rəsmi nümayəndə heyətinə daxil edib və Yermakı həmin nümayəndə heyətinin rəhbəri təyin edib. Bu addım dövlət başçısının dəstəyinin nümayişi kimi qəbul edilir. Vedernikova Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin indiyə qədər dindirilib-dindirilmədiyini dəqiqləşdirməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!