Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk istiqamətində cəbhəsi bir ay ərzində dağa bilər.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov məlumat verib.
“Solovyov Live” telekanalının efirində o, Kursk istiqamətində Ukrayna tərəfinin çox ciddi və hiss olunan itkilər verdiyini bildirib. Eyni zamanda, Alaudinovun sözlərinə görə, bu gün rus bölmələri tərəfindən ələ keçirilən yaşayış məntəqələri, Ukrayna döyüşçülərinin “qaçmağa məcbur olacağına və ya qazana düşə biləcəyinə” əminlik verir.
“Bütün cəbhə boyu cərəyan edən hadisələrə nəzər salsanız, bunlar ümumilikdə 10-a yaxın sektordur ki, burada Müdafiə Nazirliyinin bölmələri irəliləyir, o zaman bizim nazirlik və onun bölmələri üçün çox ciddi, böyük perspektivlər açılıb. Düşünürəm ki, bir ay ərzində düşmənin artıq dağılmış cəbhəsini görəcəyik”, – Alaudinov bildirib.
E.ŞİRİNOV