26 İyul 2023 / 07:45

USQ ZAPOROJYE VİLAYƏTİNDƏ MÜDAFİƏNİ YARMAĞA CƏHD EDİB

Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye vilayətində müdafiəni yarmağa çalışıb, Rabotino, Novodanilovka və Novopokrovka yaşayış məntəqələri ərazisində vəziyyət gərginləşib.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski öz Telegram kanalında bildirib.

“Düşmən səhər saat dörddən müdafiəni yarmağa çalışsa da, bölmələrimizin sərt cavabı ilə üzləşib və xeyli itki verib”, – o deyib.

Balitski əlavə edib ki, Ukrayna ordusu son sutka ərzində Poloqovski, Tokmak və Vasilyevski istiqamətlərində regionun yaşayış məntəqələrini atəşə tutmağa 36 cəhd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!