7 Noyabr 2025 / 17:50

Uyğunsuz davranış qalmaqalından sonra məktəbə yeni rəhbər

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 saylı tam orta məktəbə direktor təyin edilib.

Tezadlar.az xəbər verir ki, bu vəzifə Ruhiyyə Vaqif qızı İmanovaya həvalə edilib.

Qeyd edək ki, həmin məktəbin əvvəlki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!