22 Avqust 2024 / 08:49

VOLQOQRAD HAVA LİMANI FƏALİYYƏTİNİ BƏRPA EDİB

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların hücumu səbəbindən təxirə salınan təyyarələrin Volqoqrad hava limanında uçuşları bərpa edilib.

Tezadlar.az bildirir ki, bu barədə “RG”-yə hava limanının mətbuat xidmətindən məlumat verilib.

Hava məkanından istifadə ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Hava limanı həmişəki kimi işləyir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna pilotsuz təyyarələrinin hücumu səbəbindən on bir reys təxirə salınmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!