Volqoqradda terror hadisəsi ilə bağlı əcnəbi saxlanılıb

Rusiya FTX əməkdaşları Volqoqradda terror aktlarına çağırış edən əcnəbi vətəndaşı saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə FTX-nin Volqoqrad vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bölgədə terror fəaliyyətinə yardım etməkdə və açıq şəkildə terror fəaliyyətinə çağırışda şübhəli bilinən əcnəbi vətəndaşa qarşı qeyri-qanuni fəaliyyət dayandırılıb”, – deyə agentlik məlumat yayıb.

İstintaqın məlumatına görə, 28 yaşlı kişi Volqoqradda olarkən bölgə sakinlərini Rusiyada terrorçu kimi tanınan beynəlxalq təşkilatın fəaliyyətində iştirak etməyə təşviq edib. Əcnəbi həmçinin internetdə terror təbliğatı elementləri olan mətnlər və videolar yayıb.

Xarici vətəndaşa qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi və 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyətinə köməklik) ilə cinayət işi açılıb. İstintaq saxlanılan şəxsin əlaqələri və ölkədə olmalarının qanuniliyini müəyyənləşdirir.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti