Vyetnamda bir gündə rekord miqdarda yağıntı qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, şiddətli yağışlar Vyetnamın mərkəzi hissəsində daşqınlara səbəb olub.
Ölkənin meteorologiya departamentinin məlumatına görə, oktyabrın 27-də axşam saatlarında YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Hue şəhərində yağıntının miqdarı 24 saat ərzində 1085 mm-ə çatıb.
Bu, Vyetnamda indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.








