5 Noyabr 2025 / 13:34

XİN: Putin-Tramp görüşü üçün şərtlər hələlik yerinə yetirilməyib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş üçün zəruri şərtlər hazırda yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 5 noyabrda jurnalistlərə bildirib.

“Hər hansı bir zirvə görüşü dərin hazırlıq və bütün aspektlərin diqqətlə nəzərdən keçirilməsini tələb edir. Bu günə qədər bu görüşün təşkili üçün nə birinci, nə də ikinci şərt yerinə yetirilməyib”, – Ryabkov bildirib.

16 oktyabrda iki lider Budapeştdə görüşmək barədə razılığa gəliblər, lakin bir həftə sonra Donald Tramp konkret məqsədlərin olmamasını əsas gətirərək sammitin ləğv olunduğunu elan edib.

29 oktyabrda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bütün vacib məsələlər razılaşdırıldıqdan sonra Putin və Tramp arasında yeni bir zirvə görüşünün mümkün olacağını bildirib. 30 oktyabrda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki lider arasında yaxın gələcəkdə söhbətin planlaşdırılmadığını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!