Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ABŞ-ın Kaliforniya ştatının Kabazon kəndi yaxınlığında iki yanğınsöndürən helikopter toqquşub. CNN rəsmilərə istinadən xəbər verir ki, 3 nəfər ölüb.
“Birinci helikopter yaxınlıqda təhlükəsiz yerə enə bildi. Təəssüf ki, ikinci helikopter qəzaya uğradı və üç nəfər faciəvi şəkildə həyatını itirdi”, – Cənubi Kaliforniya Yanğınsöndürmə İdarəsinin rəisi Devid Fulçer bildirib.
Onun sözlərinə görə, helikopterin pilotu, həmçinin yanğınsöndürmə bölməsinin rəisi və kapitanı həlak olub.
Bildirilir ki, qəza yerində təxminən 7 hektar sahədə yanğın baş verib. O, dərhal söndürülüb.
Yanğınsöndürmə idarəsinin rəisi qeyd edib ki, Kabazon ərazisində bir gün əvvəl başlayan yanğının söndürülməsində hər iki texniki vasitə iştirak edib.
Hadisəni ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdıracaq.
E.ŞİRİNOV