16 Avqust 2024 / 18:46

YAP-IN AĞDAM RAYON ŞÖBƏSİNDƏN DEPUTATLIĞA NAMİZƏD İBRAHİM MƏMMƏDOVUN NAMİZƏDLİYİ LƏĞV EDİLƏ BİLƏR…

…YAP Ağdam rayon şöbəsinin sədri, “Azərişıq” ASC- nin Ağdam rayon şöbəsinin rəisi İbrahim Məmmədov YAP- dan Ağdam 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd kimi qeydə alınıb.

Qanunvericiliyin tələblərinə görə, İ.Məmmədov namizədliyi qeydə alınan gündən tutduğu vəzifəsindən istefa verməli idi. Çünki onun rəisi olduğu idarədə ən azı 1000 nəfər potensial işçi var və deməli, ailədə 4 nəfərdən götürsək, 4 min nəfərin səsi seçki günü onun xeyrinə seçki qutusuna daxil edilməlidir… Lakin YAP- dan deputatlığa namizəd İ.Məmmədov hazırda vəzifə səlahiyyətlərini nəinki icra edir, hətta cənab Prezident İlham Əliyevin imzaladığı Seçki Qanunvericiliyinə açıq şəkildə itaətsizlik edir, sənədlər imzalayır, möhürləmə ilə məşğuldur. Ona görə də 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd kimi YAP rəhbərliyinə sualım var: YAP- ın namizədi İ.Məmmədovun bu itaətsizliyinin və qanuna hörmətsizliyinin hüquqi nəticısi necə olmalıdır??? Onun namizədliyi ləğv edilməlidirmi???

Məsələyə aydınlıq gətirilməsi üçün Mərkəzi Seçki Komissiyası ilə də əlaqə saxladıq… Daha ətraflı yazı az sonra təqdim ediləcək…

ELÇİN MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!