Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2024 / 08:59

“YARAT-TULLANTINI AZALT” – ABŞERON MİLLİ PARKINDA TƏDBİR

Sabah, 13 iyul tarixində Abşeron Milli Parkında “Yarat-Tullantını azalt” çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar istifadənin, təkrar emalın təşviqinə hədəflənən sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim ediləcək.

“ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, “EkoSfera” Sosial Ekoloji Mərkəzin və “Forest school Azerbaijan”ın dəstəyi ilə keçiriləcək tədbirdə, eyni zamanda tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunacaq”.

Şöbə müdiri bütün təbiətsevərləri və sənətsevərləri xoş və yaddaqalan istirahət günü keçirmələri üçün Abşeron Milli Parkına dəvət edib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!