Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“May ayının 16-dan Bakı məktəblərində yay məktəbləri fəaliyyətə başlayıb və iki həftə davam edəcək”.
Tezadlar.az-ın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, yay məktəblərinin keçirilməsinin səbəbi payız ayında hərbi vəziyyət və pandemiya şəraiti ilə əlaqədar təhsildə yaranan boşluqları aradan qaldırmaqdır: “Yay məktəblərinin təşkil olunması Təhsil Nazirliyi tərəfindən qərarlaşdırıldı və sosial şəbəkə üzərindən keçirilən sorğuların nəticəsində 44 faiz insan yay məktəblərinin keçirilməsinə razı idi”.