7 Aprel 2025 / 13:08

Yay yaza meydan oxuyur: sabaha 31 dərəcə isti!!!

Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə “Təzadlar”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacaq.

Beləliklə, deyəsən, yay yaza meydan oxuyur!

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!