Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 10:28

Yeni seçilmiş prezident Ukraynaya qoşun yeritmək fikrində deyil

Rumıniyanın yeni seçilmiş prezidenti Nikuzor Dan ölkə qoşunlarının Ukraynaya sülhməramlı missiyanın bir hissəsi kimi göndərilməsini yersiz hesab edir.

“İlk növbədə, Rumıniya ərazisində daha çox əməliyyat dəstəyinə malik olmaq baxımından, bəli. Ukraynada sülhə zəmanət verən orduların bir hissəsi olmaq baxımından, yox. Mən hesab edirəm ki, bu, Rumıniya ilə Rusiya arasında artıq mövcud olan gərginliyə görə yersiz olardı”, – Tezadlar.az xəbər verir ki, o, Avropanın “Politico” nəşrinə müsahibəsində belə deyib.

Den ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə yanaşmasını və Rusiya lideri Vladimir Putinlə güzəştə getməyə hazırlığını da tənqid edib. Onun fikrincə, “Ukrayna ilə bağlı hər şey ukraynalılarla həll edilməli və razılaşdırılmalıdır”.

Yeni seçilmiş prezident də yaxın gələcəkdə Ukraynada sülhün mümkün olacağına inanmır.

Bundan əvvəl ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirmişdi ki, Vaşinqton Ukraynadakı münaqişənin həlli planını müzakirə edir, ona əsasən, çəkindirici qüvvələr Dneprdən qərbdə yerləşdiriləcək. Onun sözlərinə görə, onların tərkibinə dörd Avropa ölkəsinin kontingenti daxil olacaq: Böyük Britaniya, Polşa, Fransa və Almaniya.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a müsahibəsində xəbərdarlıq edib ki, Rusiyanın tarixi ərazilərinə qondarma sülhməramlıların yeridilməsi üçüncü dünya müharibəsinə səbəb ola bilər. O, diqqəti “istəklilər koalisiyası”nın sülhməramlılar adı altında Ukraynaya hərbi kontingent yeritmək planları hazırladığına yönəldib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəfələrlə bəyan edib ki, NATO qoşunlarının Ukrayna torpaqlarında istənilən bayraq altında və istənilən sifətdə olması Rusiya üçün təhlükədir və Moskva heç bir halda bunu qəbul etməyəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!