Əsas məzmuna keç

Yunanıstanda 106 fərqli məkanda Fələstinə Azadlıq mitinqləri keçirildi

Yunanıstanın 106 fərqli məkanında Fələstinə Azadlıq mitinqləri keçirilib. Adalardan şəhər meydanlarına qədər hər yerdə Fələstin bayraqları dalğalanıb. İsrailin törətdiyi soyqırıma etiraz edilib. Paytaxt Afinada ən böyük mitinqlərdən biri keçirilib.

Tezadlar.az xəbər verir ki, Yunanıstanda 106 fərqli məkanda “Fələstinə Azadlıq” kimi şüarlar səsləndirilərək İsrailin törətdiyi soyqırımına etiraz olaraq nümayişlər keçirilib. Yunanıstan kəndləri, adaları və şəhər meydanları etiraz meydanlarına çevrilib.

Yunanıstanın paytaxtı Afinada da Fələstini dəstəkləyən nümayişlər keçirilib. İştirakçılar Yunanıstan hökumətini İsraili dəstəkləməklə bu soyqırımda iştirak etməkdə ittiham edən şüarlar səsləndiriblər.

Afinada minlərlə insan Monastiraki meydanında toplaşıb və sonra şüarlar səsləndirərək Sintaqma meydanına yürüş edib.

Bir çox Yunanıstan adasında da Fələstinə Azadlıq mitinqləri keçirilib. Yunanıstan hökumətinin İsrail yönümlü siyasətinə etiraz edilib.

Bu arada, İsrail Yunanıstandakı israillilərdən Fələstin tərəfdarı etirazlar səbəbindən şəxsiyyətlərini gizlətmələrini istəyib. İsrail Xarici İşlər Nazirliyi Yunanıstandakı israilliləri diqqəti özlərinə cəlb etməmək və kimliklərini ortaya çıxara biləcək vəziyyətlərdən çəkinmək barədə xəbərdar edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…