Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın Müdafiə Qüvvələri Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Zaporojye vilayətində Moloçnaya çayı üzərindəki avtomobil körpüsünü vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri teleqram kanalında məlumat yayıb.
Ukrayna avqustun 19-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin hərbi logistikanı təmin etmək üçün istifadə etdiyi körpüyə zərbə endirib.
Bundan əlavə, işğal altındakı Donetsk və Luqansk vilayətlərində Rusiya qoşunlarının üç anbarı, həmçinin Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krımın Olenyovka ərazisində “Geran”/”Gerbera” tipli zərbə pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün yerüstü retranslyator və Xerson vilayətinin Verxni Roqaçik rayonunda PUA idarəetmə məntəqəsi vurulub.
Ukrayna ordusu Rusiyanın nəzarəti altında olan Luqansk vilayətinin Kadiyevka ərazisindəki maddi-texniki təminat anbarına və Lisiçanskda Rusiya qoşunlarının silah və hərbi texnikasının cəmləşmə rayonuna zərbə endirib.