Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya səfiri Aleksey Paramonovun İtaliya Xarici İşlər Nazirliyinə çağırılması, ölkə hökumətinin Kiyev rejimini maliyyələşdirməsinin cinayət olduğunu İtaliyaya xatırlatmaq üçün daha bir fürsətdir.
Tezadlar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu 3 noyabrda bildirib.
“Bu, İtaliyaya bir daha xatırlatmaq üçün bir fürsət olacaq ki, Kiyev rejiminə sponsorluq etmək cinayət və günahdır”, – Zaxarova TASS-a verdiyi müsahibədə qeyd edib.
İtaliya diplomatik missiyasının Paramonovu çağırması 3 noyabr axşamı məlum olub. Çağırışın səbəbi açıqlanmayıb.
Elə həmin gün Zaxarova İtaliyanın Ukraynaya mənasız xərclər səbəbindən çökəcəyini proqnozlaşdırıb. O, Romanın mərkəzində, Kolizeyin yaxınlığında yerləşən tarixi Konti Qülləsinin uçmasını Kiyev rejiminin davam edən çoxmilyardlı maliyyələşdirməsi səbəbindən İtaliyanın düşdüyü vəziyyətlə əlaqələndirib. Bir neçə saat sonra ölkənin müdafiə naziri Quido Krozetto Ukrayna üçün 12-ci hərbi yardım paketinin hazırlandığını elan edib.
E.ŞİRİNOV