Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2026 / 11:56

Zelenski: Biz Rusiyadakı Novorossiysk Hərbi Dəniz Bazasına hücum etdik

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı Novorossiysk Hərbi Dəniz Bazasına hücum etdiklərini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Zelenski sosial media hesabında verdiyi açıqlamada Ukraynanın Rusiyadakı hədəflərə davam edən hücumları barədə məlumat paylaşıb.

Zelenski cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiysk Hərbi Dəniz Bazasına hücum etdiklərini və hücumda “Neptun” tipli raketlərdən, “Palyanitsa” tipli silahlı pilotsuz uçuş aparatlarından (PUA) və pilotsuz dəniz gəmilərindən istifadə etdiklərini bildirib.

“Hava hücumundan müdafiə mövqelərinə, doklara və liman infrastrukturuna zərbələr təsdiqləndi”, – Zelenski deyib:

Rusiyada hədəflərə hücumların davam etdiyini vurğulayan Zelenski deyib: “Rusiyanın təcavüzü davam etdikcə, işğalçı donanma və onu dəstəkləyən bütün infrastruktur təhlükəsiz olmayacaq. Müharibə dayandırılmalıdır. Diplomatiya üçün bütün müvafiq təkliflər masadadır.”

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!