5 Aprel 2025 / 17:55

Zelenski buna görə günahlandırılır

Prezident Zelenski amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşməyə gələndə dünyanın ən asan razılaşmasını pozdu.

Tezadlar.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent bu barədə jurnalist Taker Karlsona müsahibəsində bildirib. Söhbətin videosu X sosial şəbəkədə yayımlanıb.

“O, Oval Ofisə gəldi və dünyanın ən sadə şeyini məhv etdi”, – nazir görüşü təsvir edib.

Daha əvvəl məlum olmuşdu ki, Oval kabinetdə danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri arasında münaqişədən sonra Zelenskinin reytinqi 70 faizə yüksəlib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!