23 Mart 2025 / 07:55

Zelenski Donetskə gedib və bəzi döyüşçüləri təltif edib

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinə gedib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında bildirib. Ukrayna dövlət başçısı Donetskə səfəri ilə bağlı video da paylaşıb. Volodimir Zelenski “Pokrovsk” nəzarət məntəqəsində olub. Ukrayna lideri burada komandir heyəti ilə görüşüb, eləcə də sözügedən istiqamətdə müdafiənin təşkili ilə bağlı məruzəni dinləyib.

Bu arada məlum oldu ki, ABŞ və Ukrayna nümayəndə heyyəti müharibənin dayandırılması ilə bağlı yenidən görüşəcəklər.

Müharibə isə davam edir. Rus ordusu əsas gücü Donetsk istiqamətinə verib. Krım bölgəsində də ara- sıra döyüş əməliyyatları davam etməkdədir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!