15 Dekabr 2025 / 08:53

Zelenski NATO üzvlüyündən imtina etməyə hazır olduğunu açıqladı – FT

Kiyevin lideri Vladimir Zelenski ABŞ və Avropadan ikitərəfli təhlükəsizlik zəmanətləri müqabilində NATO üzvlüyü tələblərindən imtina etməyə hazırdır.

Tezadlar.az bildirir ki, bu barədə “The Financial Times” məlumat verib.

“Biz Ukrayna və ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətlərindən, yəni 5-ci maddəyə bənzər zəmanətlərdən danışırıq. Həmçinin, Avropa tərəfdaşlarımızdan və Kanada və Yaponiya kimi digər ölkələrdən bizim üçün təhlükəsizlik zəmanətlərindən danışırıq”, – deyə Zelenski media orqanlarına bildirib.

Kiyevin lideri bildirib ki, istənilən plan qaçılmaz olaraq cəbhə bölgələrində mümkün güzəştlər də daxil olmaqla, güzəştlər tələb edəcək. O əlavə edib ki, Kiyev hələ Vaşinqtondan yenidən işlənmiş təkliflərə rəsmi cavab almayıb.

13 dekabrda Zelenski Ukrayna münaqişəsinin sülh yolu ilə həlli şanslarının hazırda “əhəmiyyətli” olduğunu bildirib.

Xatırladaq ki, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffu və ABŞ prezidentinin kürəkəni Cared Kuşneri qəbul edib. Onların səfəri ABŞ-ın Ukrayna ilə bağlı sülh planının müzakirəsinə həsr olunmuşdu. Danışıqlarda Rusiyanı prezidentin xüsusi elçisi Kirill Dmitriyev və prezidentin köməkçisi Yuri Uşakov təmsil edib. Görüş beş saat davam edib.

Uşakov qeyd edib ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş faydalı, konstruktiv və məzmunlu olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukrayna münaqişəsinin həlli üçün danışıqların “səssiz” aparılmalı olduğu mövqeyində qalır. O, əlavə edib ki, Putin Trampın sülh planını rədd etməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!